Sabiq prezident müşaviri: “Gürcüstanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı passivliyi təəccüb doğurur”

img

17-07-2020 [12:57]


“Azərbaycan-Ermənistan sərhədində baş verənlər son dərəcə narahatedicidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidentinin müşaviri, xarici müasibətlər üzrə ekspert Tengiz Pxaladze “IPN” agentliyinə müsahibəsində deyib.

O, Gürcüstanın məsələ ilə bağlı passivliyindən təəccübləndiyini bildirib:

“Nə Təhlükəsizlik Şurası toplandı, nə parlament debatları, nə də bəyanatlar oldu. Yalnız bir telefon danışığı. Sanki baş verənlər birbaşa sərhədimizdə deyil, başqa planetdə cərəyan edir”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında bərpa olunan münaqişə fonunda Gürcüstan məsələyə daha çox diqqət ayırmalıdır, belə ki, vəziyyət olduqca çətindir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA