Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər nazirinin müavini ilə müzakirə aparıb

img

16-07-2020 [19:45]


Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Səfirliyin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin, regional təhlükəsizliyin mühüm məsələləri, o cümlədən Ermənistanla sərhədlərimizdə hazırkı vəziyyət müzakirə olunub.

Tərəflər koronavirus pandemiyası və onun fəsadları, habelə hər iki ölkənin vətəndaşlarının vətənə qaytarılması barədə fikirlərini ifadə ediblər. Həmçinin koronavirusdan sonrakı dövrdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri nəzərdən keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA