YAP erməni təxribatı haqda bəyanat verdi
15-07-2020 [14:19]
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat ilə əlaqədar bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərinin artilleriya qurğularından və müxtəlif kalibrli silahlardan istifadə edilərək atəşə tutulması, həmçinin sərhəd bölgəsindəki yaşayış məntəqələrinin hədəfə alınması nəticəsində 1 nəfər mülki vətəndaş həlak olmuş, 11 Azərbaycan hərbçisi şəhid olmuş və bir neçə hərbçimiz yaralanmışdır. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədilə cavab zərbələri endirərək düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək geri çəkilməyə məcbur edib.
Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə həyata keçirdiyi hücum açıq-aşkar hərbi təcavüz aktıdır və beynəlxalq hüququn əsas norma və prinsiplərinin pozulması deməkdir.
İnsan itkiləri ilə təxribatın iki ölkə arasındakı dövlət sərhədində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş ərazilər ilə əlaqəsi olmayan Tovuz rayonunda baş verməsinə xüsusi diqqət yetirilməlidir. Aydındır ki, Ermənistanın bu məsuliyyətsiz cəhdləri Azərbaycan tərəfindən qisas tədbirlərinin görülməsi və müəyyən hərbi alyansın üzvü olan üçüncü ölkələri təhlükəli sərgüzəştlərinə cəlb etmək üçün məqsədli şəkildə hazırlanıb.
Məlumdur ki, 1990-cı illərin əvvəllərindən başlayaraq hərbi aqressiya siyasətini yürüdən Ermənistan özünün iştirakçısı olduğu beynəlxalq hüquq sənədlərinə etinasız münasibət nümayiş etdirmiş, Azərbaycan Respublikasına və dinc əhaliyə qarşı təcavüz aktı törədərək Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal edib.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində əksini tapan “Təşkilatın bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı şəkildə güc tətbiq edilməsi təhdidindən və ya güc tətbiq etməkdən çəkinirlər” imperativ müddəasına məhəl qoymayan Ermənistan bu gün də militarist siyasətini davam etdirməkdədir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən şərtsiz və tamamən çıxarılmasını tələb edir. Eyni tələblər digər beynəlxalq təşkilatların müvafiq sənədlərində, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul etdiyi 1416 saylı və Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi 2216 saylı qətnaməsində də əksini tapıb.
Azərbaycanın dinc mülki əhalisinə qarşı növbəti dəfə ardıcıl hücumlar çərçivəsində atəş açan erməni silahlı qüvvələri müasir beynəlxalq humanitar hüququn təməlini təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını pozaraq müharibə cinayətləri törətmişlər.
Bununla yanaşı, Ermənistanın Azərbaycanla dövlət sərhədi boyunca törətdiyi təxribatlar rəsmi Yerevanın status-kvonu saxlamaq və beynəlxalq ictimaiyyətin diqqətini münaqişənin həlli istiqamətində əsaslı danışıqlardan yayındırmaqla Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə mane olmaq niyyətinin daha bir sübutudur. Qeyd etmək istərdik ki, ATƏT-in Minsk qrupunun regionda sabitliyin pozulmasına səbəb olan fəaliyyətsizliyindən və onların gözləmə mövqeyindən Ermənistan bilavasitə istifadə edir.
Hamıya məlumdur ki, BMT-nin Baş katibi bu yaxınlarda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq qlobal atəşkəs təşəbbüsü ilə çıxış edib. Qəfil hücum və təxribatları ilə Ermənistan bu təşəbbüsə sözdə göstərdiyi dəstəyin adi riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirir."
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?