Deputatlar koronavirusa görə yardım alıblar

img

08-07-2020 [12:41]


Milli Məclisin deputatı Erkin Qədirli pandemiyaya görə dövlətdən maliyyə yardımı alması xəbəri ilə bağlı məsələyə aydınlıq gətirib.

Yenisabah.az-ın xəbərinə görə, E. Qədirli bildirib ki, o VÖEN-ini 13 mart 2020-ci ildən 2025-ci il tarixədək bağlayıb: “Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanasib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm. Onu da deyim ki, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019-ci illərdə aldığım gəlirlər və ödədiyim vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm”.

Xatırladaq ki, ötən gün Yeniavaz saytında pandemiyadan zərərçəkməsinə görə 3 deputatın dövlətdən maliyyə yardımı almasıyla bağlı iddia yayımlanıb. Həmin adlar arasında Erkin Qədirlidən başqa, millət vəkilləri Aqil Abbasla Vüqar Bayramovun da adı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA