Əli Kərimlinin oğlu Londona qayıtdı

img

21-10-2013 [14:24]


Sentyabrın 23-də Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırmaqda ittiham olunmuş və 25 sutka azadlıqdan məhrum edilmiş AXCP sədrinin oğlu Türkel Kərimli dünən İngiltərəyə qayıdıb.

Bu haqda məlumatı Türkel Kərimlinin anası Samara Kərimli verib: "Oktyabrın 18-də azadlığa çıxan Türkel dünən İngiltərəyə qayıdıb. İngiltərədə təhsil alan Türkel 25 sutka həbsi sayəsində təhsilindən xeyli geri qalması böyük narahatlıq doğurmuşdu. Əslində Türkel 2 gün öncə qayıtmalı idi, ancaq bəzi problemlər olduğundan dünən getməli oldu”. /musavat.com/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA