Paytaxt polisi “Aysberq” otelindən yayılan görüntülərü araşdırıb

img

06-07-2020 [13:27]


"Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb".

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub: "Həmin fotoşəkil 2017-ci ildə çəkilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR