“Elə bil müharibədəyik, ön cəbhədəyik... ” - Prezidentin köməkçisi

img

03-07-2020 [17:40]


“Koronavirus ümumxalq problemidir. Bu problemə qarşı hamımız səfərbər olmalıyıq”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

Prezidentin köməkçisi deyib ki, bu problem üçün hamımız bir olmalıyıq: “Elə bil müharibədəyik, ön cəbhədəyik. Hamımız bu mübarizəyə qoşulmalıyıq ki, qalib çıxaq. Bu problem qlobal problemdir. Əvvəl nəsə olanda deyilirdi ki, dünya təcrübəsinə müraciət edin. İndi elə unikal vəziyyətdir ki, dünya təcrübəsi yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA