Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxub

img

03-07-2020 [13:24]


ARB24 telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

Mia.az xəbər verir ki, telekanalın yaydığı məlumata görə, ilk testi pozitiv çıxan 2 əməkdaşımızın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar:

"1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR