Dövlət Filarmoniyası ilə "Azərbaycanfilm" kinostudiyasında vergidənyayınma halları aşkarlanıb

img

29-06-2020 [15:40]


Hesablama Palatası Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidənyayınma halları aşkar edib.

Bu, Palatanın Filarmoniyada apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, mədəniyyət ocağı 2017-2018-ci illərə aid maliyyə hesabatlarında xərclərini müvafiq olaraq 59 759 manat və 64 259 manat artıq göstərib. Son nəticədə qurum dövlət büdcəsinə mənfəət vergisi kimi müvafiq olaraq 11 952 manat və 12 848 manat az ödəniş edib. 

Bundan başqa, Palata Nazirliyin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının da 2017-ci ildə 2 760 manat, 2018-ci ildə isə 14 580,0 manat az mənfəət vergisi ödədiyini üzə çıxarıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA