Domenlərlə bağlı qanuna dəyişiklik oldu

img

29-06-2020 [11:37]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, dəyişiklik layihəyəsinə əsasən, qanuna 2 yeni maddə təklif olunur.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR