Vilayət Eyvazov idarə rəisini yüksək vəzifəyə təyin etdi - Paytaxt polisində dəyişiklik

Vilayət Eyvazov idarə rəisini yüksək vəzifəyə təyin etdi - Paytaxt polisində dəyişiklik

GÜNDƏM

27.06.2020, 20:05

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Mia.az Strateq.az-a istinadla xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə bu vəzifəyə polis polkovniki Vüqar Ələkbərov təyin edilib.

Xatırladaq ki, Vüqar Ələkbərov polis sistemində yüksək intellekti ilə seçilən milli kadrlardan sayılır.

1975-ci ildə anadan olan V.Ələkbərov Azərbaycan Polis Akademiyasını fərqlənmə diplomuyla bitirib, uzun müddət Polis Akademiyasında müəllim, daha sonra isə BMCMİ-də mühüm vəzifələrdə işləyib.

Sonuncu təyinatına qədərsə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR