Habil Əliyev: "Aygün Bəylər xalqa pislik edir"

img

18-10-2013 [15:46]


Bir müddət öncə sənətdən getməyi barədə xəbər verən əməkdar artist Aygün Bəylərin həmkarları münasibət bildirib,dəstəkliyənlərlə yanaşı qınayanlar da var.
ANS PRESS-in verdiyi məlumata görə, əməkdar artist Aygün Bəylərin sənətdən getmə xəbəri təkcə sevənlərini yox, sənət dostlarını da təəccübləndirib. Sənətçi dəhşətli vəziyyətdə olan şou biznesin bir hissəsi olmaq istəmədiyini bildirib.

ANS telekanalında yayımlanan "Şou-biz” verilişi ifaçılar arasında sorğu apararaq, onların bu məsələyə olan münasibətlərini öyrənib. Xalq artisti Habil Əliyev Aygün Bəyləri xalqa pislik etməkdə günahlandırıb:



"Allah bu səsi Aygünə verib ki, xalqa xidmət etsin. O, sənətdən getməklə xalqa pislik edir. Bu səs, sənət onun deyil, insanlarındır. Xalqdan küsmək olmaz. Yaşa dolandan sonra peşman olacaq”.

Əməkdar artist Tünzalə Ağayeva isə A. Bəyləri şou-biznes nümayəndəsi hesab etmədiyini deyib: "Hər kəsin istədiyi qərarı verməyə ixtiyarı var. Aygünü şou-biznes nümayəndəsi hesab etmirəm. O, sənətkardır”.



Müğənni Nadir Qafarzadə isə sənətdən gedən ifaçının özünə ziyan etdiyini deyib:
"Kim şou-biznesdən gedirsə, özünə ziyan edir. Bir müddətdən sonra unudulacaq. Çünki indi o qədər müğənni var ki. Əvvəlki dövrlər deyil ki, səhnədə ancaq Şövkət Ələkbərova, Flora Kərimova, İlhamə Quliyeva olsun”.


Müğənni Səidə Sultan isə əməkdar artistə haqq qazandırıb:


"Aygün emosional xanımdır. Onu qınamıram. Şou aləmində haqsızlıqlar çoxdur. İnsan baş verənlərə göz yuma bilmir. Bəziləri var ki, haqsızlıqları qəbul edir. Aygün Bəylər isə buna tab gətirə bilmir və sənətdən gedir. Hamı bir gün onsuzda bu aləmdən gedəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib