Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-06-2020 [00:05]
Qoç - Yaşam sizdən fərqli yanaşma, kreativlik tələb edir. Günün ilk yarısında başlayacağınız iş yaxşı gəlir verə bilər. İdeyalarınızı reallaşdırmağa başlayanda tələsməyin. Düşünülməmiş addımların fəsadları çox ağır ola bilər.
Günün ikinci yarısında işlərinizdə heç bir lüzum olmadan barrikadalar yaratmayın. Planlarınızı ciddiləşdirin. Əvvəlki yanlışlıq və səhvlərin fəsadlarını aradan qaldırarkən tələsin.
Praktikliklə yanaşı, keyfiyyətə fikir verin. İşinizdən mənəvi zövq almaqla yanaşı, gəlir əldə etməlisiniz. Yalnız özünüzü düşünməyin. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Buğa - Günün ilk yarısından etibarən fəal olun. Süst və ətalətli insan təsiri bağışlamayın. Məqsədə aparan yolda maneələrlə sədlərin sayı artacaq. Yeni problemlərin həllində var gücünüzlə çalışmaq məcburiyyətindəsiniz.
Mütəhərrik olun.
Günün ikinci yarısında işlərinizdə inadkar olun. Nailiyyətlər sizdən asılıdır. Səhhətinizin qayğısına qalın. Sağlam rasionu seçin.
Axşam saatlarında işgüzar aktivliyi pik həddinə çatdırmayın.
Şərait imkan verirsə, yeni layihənin startını ertələyin.
Əkizlər - Yeni məsələlərin və problemlərin həllinə başlamaq olar. İndiyədək həllini mümkünsüz saydığınız problemləri asanlıqla həll etmək olar. Oyun qaydalarına riayət edin, ənənəvi şərtlər çərçivələrindən kənara çıxmayın.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnin. Qeyri-adi layihəyə başlamaq, planları genişləndirmək olar. Fəaliyyətin seçilmiş variantına proses əsnasında dəyişikliklər etmək olar.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Məişət qayğılarının çözülməsini ertələməyin.
Xərçəng - Qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Fəaliyyət sahəsindəki bəzi məqamları dəyişmək gərəkdir. İş yerindəki problemləri rəhbərliklə müzakirə etmək olar. Karyeranızı inkişaf etdirmək, mövqelərinizi möhkəmləndirmək üçün daha fəal çalışın.
Günün ikinci yarısında statusunuzu düşünün. Pulu kollektiv fəaliyyət vasitəsilə, birgə əməklə qazanmaq daha asandır. Yeni, nabələd olduğunuz marşrutda qısamüddətli işgüzar səfəri təxirə salın.
Axşam saatlarında evdən çox uzağa yollanmayın.
Şir - Günün ilk yarısından etibarən vaxtdan maksimal istifadə etməyə çalışın. Uzaq səfərlə bağlı təklif ala bilərsiniz. Sənədləşdirmədə, hesablarda, ünsiyyətdə diqqətli olun. Məhkəmə iddiasının formalaşmasına yol verməyin.
Günün ikinci yarısında fikrinizi bildirməkdən çəkinməyin. Dediklərinizin arqumentləri olmalıdır. Axşam saatlarında alış-verişdə bədxərclik etməyin.
Maliyyə durumunuzu realistcəsinə dəyərləndirin.
Rasionunuza fikir verin.
Qız - Hazırlıq işləri, taktika və strategiyanın yenilənməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayırsınızsa, enerjili olun. Biliklərinizdən, əlaqələrinizdən faydalanın. Ən ciddi, ağır problemlərdən birini həll edə biləcəksiniz.
Günün ikinci yarısında peşəkar bacarıqlarınızı artırın. Bir qədər istirahət edin, dincəlin. Fanatikcəsinə çalışmağın özündə zərər var. Mənasız qorxular və əsassız əndişələrə qapılaraq mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Düşünlmüş riskə ehtiyac duyulur. Yeni tərəfdaşı və ya şəriki düşünülmüş şəkildə seçin. İllüziyalara qapılmayın. Təhlükəsizliklə bağlı məsələləri tam razılaşdırmamış irəliləməyə çalışmayın. Ətrafınızdakı insanların nələrə can atdıqlarına fikir verin.
Günün ikinci yarısı gəlirlərinizi artıra biləcək layihələr üçün münasib zamandır. Böhran menecmentinin nə olduğunu anlamaq pis olmazdı. Dəyər verdiyiniz insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarında bədxərclik etməyin. Səhhətinizə fikir verin.
Əqrəb - Məqsədə doğru hərəkətdə yeni mərhələdir. Taktikanızı dəyişin, daha çevik və qıvraq olun. Əməkdaşlıq etdiyiniz insanların maraqlarını nəzərə alın. Resurslar, gəlirlər, işin paylaşdırılması ilə bağlı məsələləri vaxtında həll edin.
Günün ikinci yarısında qətiyyətli və inadkar olmaqla yanaşı, diplomat təki davranın. Münasibətləri gərginləşdirməyin. Tərəfdaşlarla fəaliyyəti rəqabətə döndərməyin. Birgə fəaliyyət rəqibləri üstələməyə, onları geridə qoymağa imkan verəcək.
Oxatan - Qarğaşalı, tələsik, qarışıq, "qəza"lı və qadalı gündür. Hərəkətlərinizi məhdudlaşdırın, insanların gur olduğu yerlərdə olmamağa çalışın.
Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.
Karmik düyünlər yaranacaq, önəmli münasibətlərdə sizə indiyədək qaranlıq qalan məqamlar aşkarlanacaq.
Qərar qəbul etməkdə gecikməyin, amma tərəfdaşlarınızın və ailə üzvlərinizin reaksiyalarına diqqət yetirin. İmpulsiv hərəkətlər etməyin.
Yeni iş və maraq istisna deyil. Səfərdə ehtiyatlı olun. Evdəki bütün təmir işlərini təxirə salın. Elektrik işləri görməyin.
Oğlaq - İşlərdə yeni səviyyəyə keçid üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində problemlərin həllinə yaradıcı yanaşsanız, inkişaf sürətli olacaq. Yaşamla bahəm, işlərdə innovasiyalara zərurət duyulur.
Bununla belə, fərqli sahədə çalışmağa tələsməyin. Mənasız və əsassız illüziyalara qapılmayın.
Günün ikinci yarısında hər şeyə dərhal nail olmaq fikrinə düşməyin. İrəliləyiş zəhmət və vaxt tələb edir. Hisslər burulğanına düşərək eyforiya qurbanı olmayın. Emosiyalarınıza tam nəzarət edin.
Dolça - Fəaliyyətinizi intensivləşdirmək üçün zəruri maddi bazanı genişləndirin. Yeni layihənin maliyyələşdirilməsi, daşınmaz əmlakın alınması və ya satılması əməliyyatı ilə bağlı məsələlərdə tələskənliyə yol verməyin. Qərarlarınızda sadəlövhlük etməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz sınağa çəkiləcək.
Günün ikinci yarısında yeni tanışla təmaslarda bir sıra məqamların təhlilinə ehtiyac var. Ünsiyyətdə ənənəvi çərçivələrdən kənara çıxmayın. Unutmayın ki, dialoq zamanı söz azadlığı həm də fikrinizi aydın, arqumentləşdirilmiş şəkildə qarşı tərəfə çatdırılmasını tələb edir.
Balıqlar - Fəaliyyət müstəvisində birbaşa məsul olduğunuz işləri başa vurun. Başqalarının yerinə yetirməli olduğu işlərə müdaxilə etməyin. Enerjinizi gərəkli istiqamətə yönəldin. Peşəkarlığınızı artırın, bilik və təcrübənizi zənginləşdirin.
Günün ikinci yarısında planlarda zəruri dəyişikliklər edin. Maliyyə vəsaitinizin hərəkətini diqqətdə saxlayın. İnformasiya çox dəyərli resursdur. Yeni sifarişi yerinə yetirmək üçün əlavə, dəqiqləşdirici məlumatlara ehtiyacınız var.
Axşam saatlarına yaxın peşəkar insandan məsləhət alacaqsınız.
Milli.Az
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub