Dünya bazarında neftin qiyməti yenidən bahalaşır

img

25-06-2020 [19:54]


Dünya bazarında neftin bir barelinin qiyməti 40 ABŞ dollarından aşağı düşdükdən sonra yenidən artmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,99% artaraq 40,71 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,92% artaraq 38,36 ABŞ dolları olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA