"Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz" - Özbəkistanda rezonans doğuran məqalə
25-06-2020 [16:27]
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı məqaləsi özbək və rus dillərində yerli qəzetlərdə, aparıcı saytlarda yayımlanıb və geniş rezonans yaradıb.
Mia.az xəbər verir ki, Özbəkistanın nüfuzlu “Вечерный Тошкент” qəzetində, habelə gənc jurnalistlər klubunun mətbu orqanı olan “orol.uz” saytında dərc olunmuş məqalədə Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin vandalizm və barbarlığı vurğulanır. Məqaləyə maraq böyük olmuş, Özbəkistanın “fikr.uz”, özbək versiyası isə “uchildiz.uz” xəbər saytında da yayımlanıb.
Diplomat məqaləsində qeyd edir ki, erməni silahlı qüvvələri türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edir, habelə onları saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər. Erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, Azərbaycanın Qarabağ diyarının tanınmış şairəsi Xan qızı Natəvanın büst və heykəllərini güllələyib, sonra onları qənimət kimi Ermənistan paytaxtı İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra alınaraq paytaxt Bakıya gətirilmişdir.
Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarından məcburi köçkünə çevrilməsi, erməni işğalına qarşı BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bugünə qədər yerinə yetirilməməsi də əksini tapır. İşğal olunan 20 faiz Azərbaycan torpaqları ilə yanaşı, düşmən gülləsinə 20 mindən çox şəhid vermiş Azərbaycan xalqının övladları - təkcə qocalar, qadınlar, uşaqlar deyil, heykəllər, mədəniyyət abidələri də tuş gəlir. Müəllif bu barbarlığın yalnız Azərbaycanın deyil, bütün müsəlman və türk dünyasının, eləcə də sivil dünyanın qarşısını almağa borclu olduğunu bildirir.
Məqalədə erməni vandallarının bu vəhşiliyi İŞİD terrorçu qruplaşmalarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir və qeyd edir ki, “bu vandallıq bu gün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl simasını və barbar xislətini bir daha göstərir”.
Samir Abbasov məqaləsində erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq abidəsini, 100-dən çox arxeoloji abidənin, 22 muzey, digər mədəniyyət ocaqlarının məhv edildiyini və ölkəsinin ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına zidd olduğunu bəyan edir.
Ermənistanın işğalçı dövlət siyasətini ən mötəbər tədbirlərdə dəfələrlə açıqlayan və dünya içtimaiyyətinin nəzərinə çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən sammitində səsləndirdiyi bəyanatdan gətirilən sitat məqalənin siyasi dəyərini və məzmunun da tamamlayır: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".
Məqalənin tam versiyası ilə rus dilində Özbəkistanın «Вечерный Тошкент» qəzetinin veb saytında http://ru.vtopoytaxt. uz/kultura/news _post/uzbekistan-azerbajdzhan-8 , habelə gənc jurnalistlər klubunun saytında özbək dilində http://https://orol24.uz/madaniyat/901-tajovuzning-yomonligi-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar.html linklərində tanış olmaq mümkündür.
Mia.az
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR