Aİ komissarı: “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”

img

24-06-2020 [13:01]


“Yaxın illərdə “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”.

Bunu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli Tbilisidəki Avropa Məktəbinin məzunları ilə onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, gənclərə investisiya hər zaman ən yaxşı yatırımdır: “Bugünkü məzunların uğuru göstərir ki, qlobal pandemiyaya baxmayaraq, hər bir tələbənin səyləri bizim gələcəkdə ümid edəcəyimiz dəyər yarada bilər”.

Qeyd edək ki, 2018-ci ilin sentyabrından fəaliyyət göstərən Avropa Məktəbini bu il “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdən olan 30 tələbə bitirib. Onlar beynəlxalq bakalavriat diplomu alıblar. Bu ilin sentyabrında 40-a yaxın yeni tələbənin təhsil müəssisəsinə qəbul olunacağı gözlənilir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA