Əgər özündə COVID əlamətlərini hiss edərsənsə, o zaman təcili bunları et - SİYAHI
23-06-2020 [14:47]
Əgər bir şəxs özündə və ya ailənin bir üzvündə yeni COVID əlamətlərindən birini hiss edərsə, yoluxmasına şübhələnərsə, iş yerində və ya ünsiyyətdə olduğu insanlardan kimdəsə virus aşkarlanarsa, dərhal özünü evdə təcrid etməlidir və aşağıdakı tədbirləri görməlidir.
Mia.az xəbər verir ki, Medicina.az vəziyyətə uyğun davranış və yardım bəndlərini tərtib edib.
• Dərhal, gözləmədən və gün itirmədən 103 və 1542 (TƏBİB) qaynar xətlərinə (yaxşı olar ki, şəhər telefonu ilə zəng edəsiz, uzun növbələr var) zəng edib, virus əlamətləri keçirdiyini bildirib, test tələb edirsiz. Özünüzü növbəyə yazdırın və gün ərzində təcili yardıma dəfələrlə zəng edib, özünüzü xatırladın. Zaman itkisinə yol verməyin.
Təcili yardım gecəyarı da test üçün gələ bilər. Əgər qeydiyyatda olduğunuz ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilirsizsə, ora da məlumat verin.
• Daha sonra qeydiyyatınız üzrə poliklinikaya zəng edib, sizin yaşayış yeri üzrə sahə həkimi və terapevti tapın, məlumat verib, ilkin tibbi müdaxilə və müalicə sxemi istəyin. Sizi qeydə alsın və nəzarətdə saxlasın.
• Təcili yardım gələnə kimi özəl klinikalardan birinə (ikiqat maska, əlcək taxmaq və tək getmək şərtilə) gedib, ilk rentgen etdirin. Hər ehtimala qarşı ümumi qan, qanda C reaktiv zülal analizi verdirin.
. Əgər rentgen nəticəsində pnevmoniya aşkarlanarsa, yubatmadan KT müayinədən keçib, sonra evə qayıdın.
Xəstəxanaya gedib gələrkən ictimai nəqliyyatdan istifadə etməyin.
KT və rentgen cavablarınızı ailə içindən olmayan biri götürüb, öncədən danışdığınız pulmonoloqa apararaq (özəl klinikada da olar) ödənişli də olsa, göstərib, müvafiq müalicəni yazdırmaq və o reseptə uyğun müalicəyə başlamaq lazımdır.
• Təcili yardım gəlmədikdə onlara zəng edib, testin nə vaxt olacağını soruşun, tezləşdirin. Eləcə də Təbib və bütün digər qaynar xətlərə yenidən zəng edin
• Ailə içində yaşlı, xroniki xəstəliyi olan nənə-baba, ana-ata varsa və ayrı bir bağ evi, qeydiyyatda olduqları rayon evi olarsa, onları ora göndərib, izolə edə bilərsiz.
• Evin içində dəsmal, sabun, qab, stəkan, əşyalar, yataq, otaq ayırın. Otağınız daim havalı olmalıdır, pəncərələri açıq saxlayın.
• Siz və ailə üzvlərinizdən heç kim market, aptek, poçt, banka getməməli, qonşu və qohumlarla ünsiyyəti dayandırmalıdır.
• Ərzaq və ya dərmanlarınızı almağı qonşulardan xahiş edə bilərsiz. Onlar zənbili qapıya qoyub gedə bilər. Dərmanları onlayn sifariş edin. Kuryerə 1 metrdən çox yaxınlaşmayın
• Test götürülənə və cavab çıxana qədər vəziyyətinizə uyğun bu spesifik müalicəni edə bilərsiz:
- Qızdırma varsa, Parasetamol - gündə 2 dəfə
- Gecə yatmazdan əvvəl Nimesil – iltihab əleyhinə
- Bol ət bulyonu (sadə), meyvə suları, kompot, limonlu zəncəfilli çay, bitki çayı, dəmləməsi və s. Içmək
- Çox uzanmamaq, idman, tənəffüs gimnastikası etmək. Gecələr çıxıb hava ala, gəzə bilərsiz.
- Gündə 5 dəfə hərarəti və təzyiqi ölçüb qeyd etmək (yazın)
- Sakitləşmək üçün valerian və ya digər əsəb sakitləşdirici dərman için
- Virusa qarşı immun dəstəkləyici Arbidol (tapılsa), olmasa Ergeferon. Gündə 2 tablet- dil altında sovurmaqla
- Polilinikadan tibb bacısı çağıra bilirsizsə (o xüsusi geyimdə olmalıdır), gündə 1 dəfə sistem: Vitamin C yüksək doza, dimedrol, ringer məhlulunda. Yoxdursa, ailədən kimsə əzələ daxili Vitamin C inyeksiyası etsin.
- Sink preparatı – immunitet üçün
- İtburnu dəmləməsi – su əvəzi için
- Burunu və boğazı qarqara etmək, yumaq gündə 5 dəfə - duzlu su. sodalı su. natri xlor
- Apteklərdən Tamiflyu adlı preparat tapa və əldə edə bilsəz, qəbul edə bilərsiz – bu dərman donuz qripi dövründə müalicə üçün təyin olunurdu
- Pnevmoniya varsa, antibiotik mütləqdir. Onu da ya sahə həkiminiz, ya da özəl olaraq müraciət etdiyiniz həkim pulmonoloq yazacaq. Amma daha çox Azitromisin 500 dozalı antibiotik istifadə olunur.
- Ağciyərlərdə bəlğəm və alveolların dolması varsa, ACC toz halında dərmanı içə bilərsiz, o bəlğəmin yumşalmasını təmin edir.
- Boğulma, nəfəs darlığı. 3-5 gün ərzində yüksək hərarət, göyərmə, yataqdan qalxa bilməmək kimi ağırlaşma zamanı dərhal təcili yardımı çağırıb hospitəlizə olunmalı. Xəstəxanaya getməkdən qorxmayın, əksinə bunu tələb edin
Əlavə qeydlər:
- Testin gec götürüldüyü məlumdur, 103 götürdüyü testin cavabı 3-4 günə çıxa bilər. Əgər maddi imkanınız varsa, özünüzə görə narahatsızsa və hər şeyin tez həll olmasını istəyirsizsə, özəl laboratoriyalarda yaxma testi verdirib, 24 saata cavabı ala bilərsiz.
- İmkan varsa, inhalyasiya aparatı alıb, təlimatına uyğun ağciyər problemlərində evdə istifadə edin, o zaman boğulma və nəfəs tıxanması azalacaq
Eləcə də imkan varsa elektron termometr, tonometr (təzyiq ölçən aparat), eləcə də imkan varsa, apteklərdə satılan Pulse Oximeter adlı mini cihazı ala bilərsiz.
Bu cihaz qanda oksigenin miqdarını göstəririr. Normal fəaliyyət göstərən ağciyərlərdə bu göstərici 95-100 olur.
Bütün bunlar hər bir xəstə üçün lazımi kiçik cihazlardır, hansı ki, hər kəs üçün əlçatandır.
Allahşükür Paşazadə Vatikana gedir
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz