Deputatların koronavirusla bağlı keçdikləri testin cavabları çıxıb

img

23-06-2020 [12:55]


Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb.

Testin nəticələri ilə bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib.

Məlumatı "Report"a deputat Tahir Kərimli də təsdiqləyib. O bildirib ki, özünün koronavirus testinin nəticəsi neqativ çıxıb.

Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri ilə bağlı parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən geniş məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA