Bakının yiyəsi kimdir? - Jurnalist Eldar Əzizova qonaqlıq vermək istəyir
21-06-2020 [12:17]
Sərt karantin rejiminin başlamasına cəmi bir saat qalsa da, Bakı küçələrində şütüyən maşınların ardı-arası kəsilmirdi. Biz Azərbaycanın böyük ədibinin adını daşıyan kiçik parkda xeyli gəzib-dolaşandan sonra dostlarımızdan biri çay içməyi təklif etdi.
Üçümüz də eyni vaxtda dilləndik: “Bu vaxt çayxana işləyir?”
Cavabı belə oldu: “Çayxana da işləyir, meyxana da”.
Təəccüblə ona baxdığımızı görəndə, əlavə izahat verməli oldu: “Sizin dediyiniz qadağalar yetim-yesirə aiddir. Mənim dediyim restoranların arxasında elə məmur dayanır ki, heç kim ora yaxın dura bilmir”.
Əmək müqaviləsi ilə fəaliyyət göstərən baş redaktor kimi mənim respublika ərazisində sərbəst hərəkət etmək hüququm var. Amma digər dostlarım bu hüquqdan məhrum olduqları üçün qərara aldıq ki, evlərimizə dağılışaq. Axı saatın əqrəbləri bir yerdə dayanmır. Bir azdan sərt karantin rejimi başlayacaqdı...
Dostlarımız maşına əyləşib öz evlərinin yolunu tutandan sonra bir az əvvəl çay içməyi təklif edən tələbə yoldaşımın yaxasından yapışdım: “Məni karantin rejimini pozan restoranlardan birinə apar. Reportaj yazmaq istəyirəm”.
Biz iki küçə keçib sağa burulandan sonra işıqları göz qamaşdıran nəhəng bir restorana çatdıq. İnsanların diqqətini çəkməmək üçün maskalarımızı bir az da yuxarı qaldırıb, həyətə daxil olduq. Bizi çənəsinin altından ən azı yarım kiloqram piy sallanan bəstəboy administrator qarşıladı.
Aramızda belə bir dialoq baş tutdu:
- İşləyirsiniz?
- Biz sutkanın 24 saatı işləyirik...
- Nə yaxşı dəyib-olaşan yoxdur?
- Bakının yiyəsi mənəm. Kim bizə dəyib-dolaşa bilər?
- Mən də elə bilirdim, Bakının yiyəsi Eldar Əzizovdur...
- Eldar Əzizov kimdir?
- Sabah bilərsən...
Oğlandan xahiş etdim ki, bizə münasib yer göstərsin. Məqsədim içəridə müştərilərin olub-olmadığını dəqiqləşdirmək idi. Administratorun şübhəli baxışları altında restoranı dövrə vurduq. Saatın əqrəbləri 12-nin üstündə cütləşməyinə baxmayaraq, ən azı 30 masa doluydu. Qəlyanın qoxusu ürəyimi bulandırdığı üçün o məkanda çox dayana bilmədim...
Mən maaşla dolanan kasıb jurnalistəm. Var-dövlətim başımdan aşmır. Büdcəm məhdud olsa da, geniş ürəyim var. Pandemiya ilə mübarizəyə töhfə vermək, yəni, qanunsuz fəaliyyət göstərən bir obyektin yerini nişan vermək üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu o məşhur restoranda şam yeməyinə dəvət edirəm. İnanıram ki, Bakı meri ilə özünü “Bakının yiyəsi” sayan o yekəxana administratorun görüşü maraqlı olacaq...
P.S. Eldar müəllim karantin rejimini pozmaq istəməsə, ayaqüstü tanışlıqdan sonra söhbətimizi onun geniş və işıqlı kabinetində davam etdirə bilərik. 20 ilin icra başçısı ilə 22 ilin jurnalistinin söhbəti də maraqlı olar...
Seymur VERDİZADƏ,
Yenisabah.az
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb