Əli Həsənov danışdı: "Axı mənim ailəmə niyə xəbərdarlıq olunmalıdır?" - MÜSAHİBƏ
19-06-2020 [16:05]
Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov Demokrat.az-ın Baş redaktoru Vasif Həsənlinin suallarını cavablandırıb.
Mia.az sözügedən sayta istinaldla jurnalist Vasif Həsənli ilə Əli Həsənov arasında olan sual-cavabı olduğu kimi təqdim edir:
- Salam Əli müəllim, necəsiniz?
- Sağ ol Vasif, sən necəsən?
- Yəqin ki, istirahətdəsiniz?
- Bəli, buyurun!
- Narahat etdiyim üçün üzrlü sayın, bir neçə gün əvvəl vatsap vasitəsilə sizə informasiya sorğusu göndərmişəm. Həmin sorğuda ailənizin 208 min manat vergi borcunun olması barədə məlumatlar yer alıb. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirəm...
- Vasif, bilirsən nə var? Mən hansısa şirkətin vergi borcu barədə niyə cavab verməliyəm? O şirkətin rəhbəri var, siz də zəng edib öyrənin ki, "Kaspi" liseyinin rəhbəri kimdir. Dövlətə vergi borcunun olması barədə onlara müraciət edin. Onlardan cavabınızı alıb verin. Yoxsa ki, mən şirkət, lisey idarə etmirəm, bizneslə məşğul olmuram. Mən elmi-pedoqoji sahədə çalışıram, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm.
- Əli müəllim, axı sizin adını çəkdiyiniz şirkət oğlunuz və həyat yoldaşınızın adınadır. İstəmədim ki, siz olan yerdə suallarımı onlara ünvanlayıb ailənizi narahat edim...
- Vasif, sən bizim ailə haqqında nə vaxtdan belə xeyrxah düşünməyə başlamısan?
- Axı niyə elə düşünürsünüz? Mən jurnalist kimi heç zaman sizə qarşı qərəzli mövqedə olmamışam.
- Mən sənə göstərdiyim o böyük etimada görə çox təəssüf edirəm. İnsanlar nə qədər dəyişkən olarmış... Mən səndən incimirəm, səni yaxşı başa düşürəm, əgər belə tələb olunursa, buyur. Amma insanın öz mərdliyi olmalıdır.
- Əli müəllim, hansı mərdlikdən danışırsınız? Siz vəzifədə olanda Salyanın polisi rəisi işləyən yaxın qohumunuz Cəbrayıl Vəliyevin mənim rayonda yaşayan atama qarşı təzyiqləri barədə sizə üç dəfə müraciət göndərmişdim. Atama olunan təzyiq sırf mənim jurnalist fəaliyyətimə görə idi. Amma həmin müraciətlərə baxılmadı, araşdırılmadı. Halbuki, həmin müraciətdə oğlunuzun göstərişi ilə polis rəisi işləmiş qaynınız tərəfindən atama edilən təzyiqlərdən bəhs olunurdu...
- Bu məsələnin mənim ailəmə nə dəxli var? Polis rəisinin öz rəhbəri və nazirliyi var, mənim polisin işinə qarışmağa səlahiyyətim çatmırdı. Sizin həmin müraciətinizə gəldikdə isə mən onu araşdırmaq üçün Daxili İşlər Nazirliyinə göndərmişdim.
- Bəs bu barədə mənə niyə məlumat verilmədi?
- Bilirsiniz necədir, indi keçmişi müzakirə etməyə mənim həvəsim yoxdur. O şirkətlərlə bağlı isə mənə yox, həmin şirkətin müdirinə müraciət elə. Bu məsələnin mənə dəxli yoxdur. O şirkətin rəhbəri Elnur Əliyevdir.
- Axı uzun illərdən bəri internetdə də qeyd olunub ki, həmin şirkətin rəhbəri oğlunuz və həyat yoldaşınızdır...
- Xeyr, mənim oğlumun şirkəti yoxdur. Oğlum rəhbərlik etdiyi şirkətlərin hamısını təhvil verib. Yalnız "Araz" radiosu qalıb ki, onun da təhvil-təslimi gedir. Özünüz araşdırıb öyrənə bilərsiniz. Şəxsən mən bu barədə heçnə bilmirəm. Çünki məşğul olmuram.
- Dövlətə vergi borcunuzun olması barədə ailənizə hər hansı xəbərdarlıq edilibmi?
- Axı mənim ailəmə niyə xəbərdarlıq olunmalıdır? Xəbərdarlığı şirkətin rəhbərinə edərlər. Mən demirəm ki, bizim vergi borcumuz yoxdur. Deməyim odur ki, indi mənim və ailəmin həmin şirkətlərlə əlaqəsi yoxdur. O şirkətin rəhbəri isə başqa adamdır. Suallarınızı həmin şəxsə ünvanlayın. xahiş edirəm ki, Elnur Əliyevə zəng edib bu barədə ondan soruşun.
- Əli müəllim, Sona xanım Vəliyevanın vikipediyasında "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri olduğu qeyd olunur...
- Xeyr, elə bir şey yoxdur. "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyevdir. Vikipediyada çox şey yazıla bilər. Orada kimsə düzəliş edib yazmışdı ki, Əli Həsənov nurçuları dəstəkləyib. Məgər mən nurçuları dəstəkləmişəm? 2009-2013-cü illərdə mən onlara qarşı mübarizə aparmışam.
Nə isə, həyat davam edir, rollar dəyişir, ancaq insanlıq hər zaman qalır.
- Əli müəllim, bundan sonra da sizə qarşı heç bir qərəzimin olmayacağından tam əmin ola bilərsiniz. Hətta, əleyhimə fikirləriniz belə olsa, onu işıqlandırmağa hazıram...
- Təşəkkür edirəm Vasif.
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR