Spikerlə yeni deputat arasında maraqlı dialoq: "Düyməni vaxtında basa bilmirəm, ona görə..."

img

19-06-2020 [15:26]


Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarovayla deputat Nigar Arpadarai arasında maraqlı dialoq baş tutub.

 Mia.az xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib:

“Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin”.

Spiker isə deputata belə cavab verib: “Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA