Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

img

19-06-2020 [14:53]


Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun həbsdə qalma müddəti uzadılıb.

İstintaqın onun barəsində həbs qətimkan tədbirinin müddətinin artırılması barədə təqdimatı məhkəmə tərəfindən təmin edilib.

T. Yaqublunun həbsdə qalma müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T. Yaqublu  avtomobildən düşərək E. Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.(Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA