Bakı-Quba yolunda karantin postunun yeri dəyişdirildi: "İcazəsi olmayanlar geri qaytarılır" - FOTOLAR
18-06-2020 [23:43]
Bakı-Quba-Rusiya sərhədi yolunda quraşdırılan karantin postunun yeri dəyişdirilib.
Mia.az xəbər verir ki, bu barədə “Report”a nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.
O bildirib ki, hazırda post yolun 52-ci kilometrliyində qurulub və burada sürücülərin yoxlanılması prosesi daha intensiv davam etdirilir. Postda yaradılan şəraitdən sonra artıq, sürücülərin torpaq yolla bu ərazidən keçməsi də məhdudlaşdırılıb:
“Biz karantin postunda olduq və buradakı vəziyyəti müşahidə etdik. Məlum oldu ki, posta Bakıdan ayrı-ayrı rayonlar istiqamətində gedənlərin çoxluğu ilə əlaqədar olaraq yenə də tıxac müşahidə edilir.

Bununla yanaşı, hərəkət edənlərin əksəriyyətinin icazə sənədi yoxdur. Bu səbəbdən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının birinci və ikinci tağımının, eləcə də Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, eyni zamanda post patrul xidməti və Daxili Qoşunların hərbi qulluqçularının nəzarəti altında həmin sürücülərin əksəriyyəti geri qaytarılır. Bəzi sürücülər isə avtomobili postun ərazisində saxlayaraq icazə sənədlərini və yaxud rayon qeydiyyatı olmaları ilə bağlı sənədləri tapıb təqdim etməyə çalışırlar”.

Hazırda Bakı istiqamətində hərəkət intensivliyi yoxdur. Az sayda avtomobil müşahidə edilir. Amma Bakıdan rayonlara güclü axın var. Quba istiqamətində demək olar ki, 1 km-ə yaxın tıxac yaranıb. Buna baxmayaraq polis əməkdaşları vətəndaşların sənədlərini bir-bir yoxlayır və onlara icazəslərinin olub-olmaması ilə bağlı göstəriş verərək, postdan keçmələrinə imkan yaradır.

“İcazəsi olmayanlar geri qaytarılır. Həmçinin tibbi maskası olmayan sürücülərə yol polisləri tərəfindən maskalar təqdim olunur. Yol Patrul Xidməti Alayının ikinci tağımının komandiri, polis kapitanı Süleyman Əliyev özü də prosesdə iştirak edərək sürücülərə qoruyucu maska paylayır”, - E.Muradlı əlavə edib.

Onun sözlərinə görə, yük maşınları üçün ayrıca zolaq yaradılıb: “Bəzi minik avtomobillərinin sürücüləri həmin zolağa daxil olaraq yük maşınlarının hərəkətini məhudlaşdırırlar. Belə sürücülər də cəzasız qalmır. Xüsusi karantin rejimini pozduqları üçün bu gün postda təxminən 20-30 sürücü barəsində İnzibati Xətalar Məclləsinin 211-ci maddəsinin tələblərinə uyğun olaraq protokol tətbiq edilib”.

AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR