Deputat "Azərsu" rəhbərini "topa tutdu", yoxlama aparılmasını tələb etdi: "Son 10 ildə ayrılan pullar hara xərclənib?" - MÜSAHİBƏ
18-06-2020 [14:30]
Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda müşahidə olunan su qıtlığı barədə sualları cavablandırıb:
– Su böhranının yaranmasının təbii amillərlə bağlı olması fikri ilə razısınızmı?
– Minlərlə insan su problemindən əziyyət çəkir, bununla bağlı xeyli sayda şikayət ünvanlayırlar. Şikayətlər daha çox Bakı kəndlərindən gəlir. Deputat həmkarlarım da mənə zəng vurublar, fikirlərini bildiriblər ki, “Azərsu” ASC-nin rəhbərliyi Milli Məclisdə hesabat versin.
Mən də qeyd edirəm ki, Hesablama Palatasına müraciət ünvanlansın və qurum “Azərsu”da yoxlama aparsın. Yoxlamalar aparılmalıdır ki, son 10 ildə dövlət su təchizatına nə qədər vəsait ayırıb və həmin pullar haraya xərclənib. Çünki 10 ildə müsbətə doğru dönüş olmayıb.
Şikayətçilər mənə zəng vurub deyir ki, “Azərsu” rəhbərliyi problemi pandemiya vaxtı insanların sudan daha çox istifadə etməsində görür.
– Yəni dediklərinizdən belə anlamaq olar ki, siz problemi təbii amillərdən çox məmurlarla əlaqələndirirsiniz. Bəs pandemiya zamanı sudan çox istifadə olunması su qıtlığı yarada bilərmi?
– “Azərsu”ya sualım var: Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi, əlini yumurdu? Onunla razıyam ki, insanlar koronavirusla əlaqədar daha çox əllərini yuyurlar, sudan daha çox istifadə edirlər. Amma suya olan tələbat bir neçə dəfə artmayıb ki! Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir ki, su təchizatında çatışmazlıqlar ortaya çıxır?!
Hələ pandemiya olmayanda da hər il may ayından sudan istifadə ilə bağlı xeyli problemlər başlayırdı. Nəyə görə, kimə görə? Nədir bunun izahı? Niyə problemin həlli istiqamətində neçə ildir işlər görülmür? Bizim millət vəkili kimi işimiz odur ki, “Azərsu”nun rəhbər şəxslərini dəvət edək və “niyə sən bu problemi həll etmirsən?” deyə suallar verək.
Pandemiya zamanı suya olan tələbatın artmasının su qıtlığı yaratması barədə deyilənlər isə gülüncdür, uşaq söhbətləridir. Bu milləti təhqir etmək nəyə lazımdır?
– “Azərsu” bildirir ki, problem Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədardır. Bu arqumentdə həqiqət payı yoxdur?
– XXI əsrdir, əvvəlcədən problemləri proqnozlaşdırıb, hesablayıb addımlar atmaq olardı. Kürün də, Xəzərin də səviyyəsi enə bilər. Təbiidir ki, proqnozlaşdırıldıqdan sonra problemlər barədə məlumat verilə bilərdi və həll yolları göstərilərdi. Mən hələ regionlardakı susuzluq barədə danışmıram.
Necə oldu ki, “Azəriqaz”, “Azərişıq” və “Azərenerji” ilə bağlı problemlər azdır, amma “Azərsu” hələ də yerində sayır? Təsəvvür edin, bu gün su nəqliyyatında 50 faizə qədər itki olur. Səbəb nədir? Bu problem nə zamana qədər davam edəcək?
Bu gün millət vəkillərinin bəziləri bağında suvarma işləri aparmaq üçün su gətirdir. Bu suyun da mənşəyi bilinmir.
– Hesablama Palatasının “Azərsu”da yoxlama aparmasının zəruriliyini vurğulayırsınız. Yəni düşünürsünüz ki, qurumda korrupsiya halları var?
– Bununla bağlı heç nə deyə bilmərəm, gərək bunu mütəxəssislər yoxlasınlar. Ancaq birmənalı olaraq bir məqamı qeyd edirəm: “Azərsu” bu zamana qədər çox qeyri-peşəkar işlər görüb ki, hazırda problemlər yaranıb. Azərbaycanda bir neçə gün öncə, bayramqabağı verilən suyun təzyiqi birdən-birə azaldıldı.
İctimaiyyət hər şeyi bilməlidir, cənab Prezident də tapşırıq verib ki, hansı problemi görürsünüzsə, bunu ortaya qoyun. “Azərsu”nun fəaliyyəti kifayət qədər ciddi şəkildə təftiş olunmalıdır.
Mən və bir neçə deputatın tələbi budur ki, problemin dəqiq səbəbi, su ehtiyatları barədə məlumat verilsin və problemdən çıxış yolları göstərilsin. “Azərsu”nun mətbuat şöbəsi isə bu günə kimi normal bir açıqlama verməyib/Oxu.az
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub