ABŞ-da polis işləyən azərbaycanlı: "Başa düşdüm ki, kağız işi mənə görə deyil" - MÜSAHİBƏ
18-06-2020 [14:14]
ABŞ-ın Los-Anceles şəhərində yaşayan və burada şerif işləyən (polis) azərbaycanlı Fəxri Mirzəquliyev "Report"un Amerika bürosuna müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə özünüz barədə danışardınız. ABŞ-da neçə müddətdir yaşayırsınız? Niyə polis peşəsini seçdiniz?
- Bakıda doğulub böyümüşəm. 258 nömrəli məktəbi, sonra da İqtisad Universitetini bitirmişəm. 2002-ci ildən Amerikadayam. Bu ölkəyə tələbə kimi gəldim, 10 il sonra "green card" aldım. Əvəvlcə prokurorluqda dedektiv işləmək istəyirdim. Oraya düşmək üçün ya polis, ya da vəkil olmalısan. Polisə getməzdən əvvəl hüquq təhsili aldım və başa düşdüm ki, kağız işi mənə görə deyil. Bakıda məzun olduğum İqtisad Universitetinin diplomu prokurorluq üçün əhəmiyyətsizdir, ona görə də şerif oldum.
- ABŞ-da soydaşlarımız nə dərəcə fəaldır, yerli cəmiyyətə inteqrasiyaları necə gedir? Özlərini hansı sahələrdə daha çox doğruldurlar?
- Los-Ancelesdə bizimkilər elə də çox deyil, əsasən şərq sahillərində məskunlaşırlar. Əksəriyyət iş-güc sahibidir, irəli gedirlər, lazımsız işlərdən uzaq dururlar. Biz də əlimizdən gəldiyi qədər kömək edirik. Məsələn, kimsə təzə gəlib, qalmağa yeri yoxdursa, bir-iki həftəlik sığınacaq yeri təşkil edir, ərzaq, məsləhət sarıdan əl tutmağa çalışırıq. Amerikada hər şey sənin özündən asılıdır. Yəni qarşıya məqsəd qoymusansa, əzmin varsa, çox şeyə nail ola bilərsən.

- Son günlər ölkə boyu polisə qarşı etirazlar səngimir. Bunun səbəbləri, nəticələri haqqında fikirlərinizi bilmək maraqlı olardı. Hazırkı vəziyyət necədir?
- Rəsmi məlumatlara görə, Amerikada pis polis 2 faiz təşkil edir. Lakin televiziyalar məhz onlardan danışır. Halbuki polis hər gün körpə uşaqları xilas edir, xəstəxanaya çata bilməyən hamilə qadınlar üçün mamalıq edir, başqasına atılan güllələrə özlərini sipər edir. Amma bütün bunlar xəbərlərdə yoxdur. 2019-cu ildə 339 polis ölüb, onlardan 100-ü güllə yarasından keçinib, lakin belə şeylər maraqlı deyil. Yaxşı polis haqqında xəbərlərə tələbat yoxdur, hamı polisin nəsə bir səhv etdiyini görmək istəyir. Amerikada ildə on minlərlə adam həkim səhvi ucbatından ölür, amma bunu vecinə alan yoxdur. O hadisənin irqçilikdən baş verdiyini bildiriblər. Başqa ştatları, departamentləri deyə bilmərəm, amma bizim departamentimdə belə şey yoxdur. İyirmi ilə yaxındır Amerikada yaşayıram və irqçiliyə rast gəlməmişəm.
- Deyilənə görə, koronavirusa yoluxmuşdunuz. İndi səhhətiniz necədir?
- Xəstə adamlarla təmasda olmuşdum, işdə tutdum. Hələ əlamətlər bəlli olmamış testdən keçib yaxınlarımı yoluxdurmamaq üçün özümü təcrid etdim. Beş gündən sonra müsbət cavab gəldi. O vaxta qədər özüm də bilmişdim. Əvvəlcə bərk başağrısı, sonra da qızdırmam qalxdı. Burnum keyləşdi, iy hiss etmirdim. Bir həftəyə hamısı keçib getdi, nəsə dəhşətli bir şey hiss etmədim. Bu virus, əlbəttə, adi qripdən daha güclüdür, amma məndə fəsadlar yaratmadı. Bizim işdə gündə neçə nəfər yoluxur, amma hələlik heç kimdə ciddi problemlərə gətirib çıxarmayıb.
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR