BMT-də Dağlıq Qarabağ münaqişəsi barədə məruzə yayılıb - DETALLAR
18-06-2020 [12:12]
Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib.
Əsas müəllifi professor, kral vəkili Malkolm Şou (Böyük Britaniya) olan bu məruzənin əsas müddəaları aşağıdakılardır.
- Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak ediblər.
- Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində oyuncaq rejim qurub və onun mövcudluğunu müxtəlif üsullarla, o cümlədən həmin ərazilərdə hərbi iştirakını saxlamaq yolu ilə dəstəkləməkdə davam edir. Ermənistan oyuncaq rejim pərdəsi arxasında özünün təcavüzkar rolunu gizlətməyə çalışaraq beynəlxalq hüququn bu pozuntularına görə məsuliyyəti öz üzərindən götürə bilməz.
- Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını qadağan edir. Buna görə də Ermənistan və ya onun oyuncaq rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində görülən hər hansı tədbir bu ərazilərin əvvəlki hüquqi statusunu dəyişdirə bilməz və beləliklə həmin ərazilər beynəlxalq hüquqa görə Azərbaycan əraziləri olaraq qalır.
- Ermənistan onun tərəfindən beynəlxalq humanitar hüququn və beynəlxalq insan haqları hüququnun pozulmasına görə dövlət məsuliyyəti daşıyır. Bu cür pozuntular sırasına Azərbaycanın işğal olunmuş ərazilərinə şamil edilən qanunlarını və hüquq sistemini dəyişdirmək cəhdləri, əmlak hüquqlarına qəsd edilməsi, mədəni və tarixi əhəmiyyətli obyektlərin dağıdılması və ya məhv edilməsi, işğal olunmuş ərazilərdə erməni məskənlərinin yaradılması, himayə edilən şəxslərlə lazımınca davranılmaması və onların zorakılıqla yox edilməsi aiddir.
- Ermənistan həm törətdiyi pozuntulara son qoymalı, həm də bu pozuntularla bağlı ziyanı ödəməlidir. Beynəlxalq humanitar hüquqa və beynəlxalq insan haqları hüququna görə bu cür öhdəliklərə Ermənistana münasibətdə qüvvədə olan mexanizmlər, məsələn, BMT-nin insan haqları üzrə müqavilə orqanları və müvafiq beynəlxalq məhkəmə təsisatları tərəfindən nəzarət edilə və həyata keçirilə bilər.
- Təcavüzün gedişində Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına gəldikdə isə buna görə fərdi məsuliyyət milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü dövlətlərin məhkəmələri vasitəsilə həyata keçirilə bilər, Ermənistanın bir dövlət kimi məsuliyyəti isə müvafiq dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilə bilər.
Ermənistanın işğalçı siyasətini ifşa edən məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi statusu ilə nəşr edilib və yayılıb/Azərtac
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR