Yaşar Əliyev BMT-nin baş katibi Antonio Quterreşə rəsmi məktub göndərib

img

18-06-2020 [11:42]


Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin baş katibi Antonio Quterreşə rəsmi məktub göndərib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Y.Əliyev məktubunda qeyd edib ki, 2004-cü ildən Baş Assambleyanın Azərbaycanınn təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” adlı 8 qətnamə qəbul edib. 

Daimi nümayəndə həmçinin BMT baş katibinə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş azərbaycanlılar barədə məlumat verib.

“BMT Baş Assambleyasının qəbul etdiyi bu sənədlər beynəlxalq humanitar hüquq öhdəliklərini təsdiqləyir, həmçinin hərbi münaqişədə iştirak edən dövlətləri insanların itkin düşməsini qarşısını almaq üçün bütün tədbirləri görməyə çağırır", - Azərbaycanın daimi nümayəndəsi məktubunda vurğulayıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA