Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
17-06-2020 [18:17]
Cari il iyunun 17-də Azərbaycan və Ukrayna Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq pandemiya şəraitinə baxmayaraq Xarici İşlər Nazirlikləri arasında siyasi dialoqun davam etdiyini diqqətə çatdırdı. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə, o cümlədən iqtisadi və ticarət, humanitar, regional əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söylədi.
Ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu məmnunluqla qeyd edildi.
V.Bodnar Azərbaycanın COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində Ukraynaya göstərdiyi humanitar yardıma görə ölkəsi adından təşəkkürünü bildirdi. Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğuladılar. Bu xüsusda Ukrayna Prezidenti cənab Vlodimir Zelenskinin Azərbaycan Respublikasına həyata keçirdiyi uğurlu rəsmi səfərinə işarə edən V.Bodnar, Azərbaycan Respubliaksının Prezidenti cənab İlham Əliyevi Ukraynada səbirsizliklə gözlədiklərini vurğuladı.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı durumu barədə Ukrayna tərəfini məlumatlandırdı. O, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qeyri-qanuni “seçkilər”i qətiyyyətlə pislədiyinə görə Ukrayna tərəfinə minnətdarlığını bildirdi. Eyni zamanda Azərbaycanın da daim Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğuladı.
Görüş zamanı, həmçinin Ukrayna ərazisində mövcud olan münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı.
Tərəflər hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı qarşılıqlı dəstəkdən məmnunluq ifadə edərək, qeyd edilən dəstəyin bundan sonra da ikitərəfli, regional və beynəlxalq səviyyədə davam etdiriləcəyini vurğuladılar.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri müzakirə olundu.
İqtisadi, enerji, humanitar, hərbi-texniki, nəqliyyat, tranzit daşımaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və diaspora sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov cari ilin birinci rübünə olan ticarət dövriyyəsinin səviyyəsindən məmnunluq bildirdi. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın cari ilin yanvar ayında Kiyev şəhərində keçirilmiş iclasının ikitəfəli iqtisadi əlaqələrə verdiyi töhfəsinə toxunuldu. Müvafiq sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının işçi qruplarının iclaslarının videokonfrans formatında keçirilməsi təklif olundu.
Görüş əsnasında X.Xələfov alternativ və çoxşaxəli yükdaşımaların həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları haqqında məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd etdi.
Tərəflər Azərbaycan və Ukraynada fəaliyyət göstərən ticarət evlərinə toxunaraq, bu platforma vasitəsilə yerli istehsal məhsullarının qarşılıqlı olaraq tanıdılmasının faydalı olduğunu vurğuladılar.
Videokonfrans formatında keçirilən məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova və Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski iştirak etmişlər.
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR