"Pandemiyanın ikinci dalğası iqtisadiyyatın dirçəlməsinə mane ola bilməz"

img

17-06-2020 [16:49]


COVID-19 pandemiyasının ikinci dalğası başlasa belə, dünya iqtisadiyyatına, o cümlədən Asiya ölkələrinin iqtisadiyyatına mühüm ziyan dəyməz.

Bu barədə ABŞ-ın “Morgan Stanley” sərmayə bankının icraçı direktoru və iqtisadçı Deyi Tan CNBC-nin efirində bildirib.

Ekspertin fikrincə, bu qənaətin daha çox aid olduğu Çin, Cənubi Koreya, Tayvan (Çin Taipeisi) kimi ölkələrdə hökumətlər də, özəl sektor da mövcud vəziyyətə artıq uyğunlaşa bilib. Bu ölkələrdə hələ aprel ayının ortalarından məhdudiyyətlər tədricən yumşaldılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA