Əli Kərimli: “Hanı Rusiyadakı iddialı diaspor təşkilatları?”

img

17-10-2013 [10:30]


AXCP sədri Əli Kərimli Rusiyada soydaşlarımıza qarşı başlanmış kampaniyanı, həmçinin Orxan Zeynalovun ətrafındakı hadisələrə münasibət bildirib.

AXCP sədri bu barədə rəsmi Facebook səhifəsində yazıb: 


"Moskvada qətldə şübhəli bilinən Orxan Zeynalovla Rusiya dövlət orqanlarının və mətbuatının rəftarı biabırçılıqdır. Üstəlik, bu qətldən azərbaycanlılara qarşı kampaniya məqsədilə istifadə etmək heç bir çərçivəyə sığmır. Əvvəla, Orxan hələ şübhəli şəxsdir. Onun bu cinayəti törətməsi sübut olunmayıb. Bəs harada qaldı təqsirsizlik prezumpsiyası?

İkincisi, tutaq ki, Orxan cinayətkardır. O halda azərbaycanlılar niyə kütləvi məsuliyyət daşımalıdır onun cinayətinə görə? Cinayətkarın milliyyətimi olur? Məgər ruslar, o cümlədən xaricdə yaşayan ruslar cinayət törətmir? Varmı elə bir millət ki, onun içindən cinayətkar çıxmasın? Hanı Rusiyadakı iddialı diaspor təşkilatları? Hanı Orxanın vətəndaşı olduğu dövlət?

Bəli, həyat hər gün bizə sübut edir ki, saxtakarlıqla qurulmuş, xalqdan mandat almamış hökumət xarici güclər qarşısında gözü kölgəli, dili qısa olur. Yalnız xalqın seçdiyi hökumət zərurət yarananda xalqına da sahib çıxa bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA