Fazil Mustafa: "Oradakı soydaşlarımız çəkəcək deyə məsələyə olduqca ehtiyatla yanaşmalıyıq"

img

17-06-2020 [13:48]


“Adamın qaragüruhçu olduğunu dərhal təsbit edə bilirəm. Hər dəfə bir şey paylaşanda dostluğumda gizlənmiş adam özünü tez büruzə verir. Aktual mövzunun altında adam yazır ki, Fazil bəy, niyə Rusiya sərhəddindən yazmırsınız?

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa özünün facebook səhifəsində yazıb.

Deputat qeyd edib ki, dörd gündür, Naxçıvan camaatının, Rusiya, Türkiyə və Avropada qalmış vətəndaşlarımızın problemləri ilə bağlı hökumətə rəsmi müraciətlər göndərir, Operativ Qərargahla əlaqə saxlayır, təkliflərini verir: “İndi bu populizm mövzusudur? Hökumət səviyyəsində bu problem Rusiya ilə danışaraq çözülməkdədir, sıxıntılar var, ancaq burada qızışdırıcı və populist mövqenin əziyyətini oradakı soydaşlarımız çəkəcək deyə məsələyə olduqca ehtiyatla yanaşmalıyıq. Biz bu sıxıntıları daha da artırmağa deyil, onu mümkün vasitələrlə həll etməyə çalışmalıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA