"Biz uzun illər sülh şəraitində birgə yaşamışıq və yenidən yaşayacağıq" - İcma rəhbərindən ermənilərə növbəti müraciət
14-06-2020 [14:27]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bölgənin erməni sakinlərinə müraciət edib.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən Mia.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinə səslənirəm.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərimiz, sizin seçilmiş nümayəndəniz olaraq, sizlərə müraciət edirəm.
Bu ismarıc sülh mesajıdır. Artıq ədalətli və davamlı yekun sülhə nail olmağın vaxtı çatıb və hətta keçib.
Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ vilayəti ölkəmizin uzun illər ən inkişaf etmiş bölgələrindən biri idi. Biz – Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri uzun illər sülh şəraitində orada birgə yaşamışıq və yenidən yaşayacağıq.
Mən Şuşada böyümüşəm. Yaxşı xatırlayıram, Şuşada yaşadığım uşaq vaxtlarında məhəlləmizdə erməni və azərbaycanlı uşaqlar birlikdə vaxt keçirər, oynayardıq. Mənim oxuduğum sinifdə erməni sinif yoldaşlarım var idi. Bizimlə qonşu küçədə isə erməni xanım yaşayırdı. Onun oğlu ilə birgə Şuşa şahmat məktəbinə gedirdik. O zamanlar mən şahmata o qədər həvəsli idim ki, gələcəkdə şahmat üzrə dünya çempionu olmağı arzu edirdim. Mən Şuşa musiqi məktəbində tar sinfində oxuyarkən, bizimlə birgə musiqi dərsləri alan erməni şagirdləri tanıyırdım. Həyatımız çox xoşbəxt və maraqlı idi. Təəssüf ki, sonradan bizim gözəl həyatımız işğal nəticəsində məhv oldu.
Bilirəm ki, Dağlıq Qarabağın erməni icması arasında orta və yaşlı nəslin elə bir nümayəndəsi yoxdur ki, onun keçmişdə yaxın azərbaycanlı dostu, yaxud rəfiqəsi olmasın. Eyni şeyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri haqqında danışarkən ermənilər barəsində də deyə bilərəm.
Təəssüflər olsun ki, artıq 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının gənc nəsli işğal nəticəsində bir-birindən xəbərsiz böyüyür, ermənilərin və azərbaycanlıların yaxın keçmişdə mövcud olmuş birgə yaşayışından bəzən hətta bixəbərdirlər.
Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərinin iztirablarını da yaxşı başa düşürük. Hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, bölgənin erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər.
Hər birinizin diqqətinə çatdırıram ki, sizin də vətəndaşı olduğunuz Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionumuzun ən güclü dövlətidir. Məhz bu dövlət bizim xoşbəxt gələcəyimizin yeganə təminatçısıdır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə, bölgənin azərbaycanlı sakinləri adından bu mesajı çatdırıram ki, sülh şəraitində birgə yaşayışa hazır olmaq lazımdır.
Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var. Biz birgə sülh şəraitində yaşayış barəsində düşünməli və buna nail olmalıyıq. Öz evlərindən didərgin salınmış azərbaycanlılar işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri dönməlidir. Bizlər uzun illərdir ki, öz ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik və bu hal aradan qaldırılmalıdır.
Təəssüf ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində Azərbaycana qarşı “düşmən” obrazı yaradılıb, mənfi stereotiplər formalaşdırılıb. Bunların heç birinin əsası yoxdur. Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər.
Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri hazırda adı müharibə və məcburi köçkünlərlə birgə hallanan Dağlıq Qarabağ bölgəmizi Azərbaycanın və hətta dünyanın ən önəmli turizm bölgələrindən birinə çevirə bilər və çevirəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi mədəniyyətin, iqtisadiyyatın və insan kapitalının yüksək inkişafı ilə seçilə bilər və seçiləcək.
Biz – Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, yüksək özünüidarəetmə statusu ilə birlikdə yaşayıb, öz müqəddəratımızı Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təyin edəcəyik. Buna alternativ yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaq, turizm, iqtisadiyyat və digər sahələrin inkişafı üçün ən yüksək imkanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaradılacaq”.
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR