Avropa Parlamenti məruzəçilərinin birgə bəyanatı Ermənistanda yeni gərginliyə yol açdı
12-06-2020 [12:59]
Avropa Parlamentinin (AP) məruzəçilərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti pisləyən bəyanatı Ermənistanda təşvişə səbəb olub.
Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan bu bəyanatı Ermənistanın milli təhlükəsizliyini təhdid edən Yerevanın parlament diplomatiyasının tam uğursuzluğu adlandırıb.
“Bu ya Ermənistan tərəfinin cəhdlərinə baxmayaraq, heç nə əldə olunmaması ilə nəticələnən uğurusuzluqdur, ya da Ermənistan hökumətinin Qarabağ münaqişəsinin beynəlxalq tənzimlənməsi üzrə seçdiyi taktika və strategiyanın məntiqi nəticəsidir.
Bu bəyanat Avropa Parlamentinin Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyasətə cavabıdır və bu, Ermənistan ictimaiyyətinin gözünə açılmalıdır. Belə nəticələr ölkə rəhbərliyinin məğlubiyyətli yol tutmasından xəbər verir”, - o, deyib.
Ermənistan Respublika Partiyasının (ERP) vitse-prezidenti Armen Aşotyanın “168.am” portalına verdiyi məlumata görə isə keçmiş prezident, ERP rəhbəri Serj Sarqsyan AP-nin bu bəyanatı qəbul etməsindən sonra rəsmi məktubla Avropa Şurasının sədri Donald Tuska müraciət edib.
“Ermənistan Respublika Partiyasının da Avropa Xalq Partiyasının üzvü olduğunu, Avropa Parlamentinin üç məruzəçisindən ikisinin - Traian Basesku və Jelena Zavkonun Avropa Parlamentində Avropa Xalq Partiyası fraksiyasının üzvü olduqlarını nəzərə alaraq, Ermənistan Respublika Partiyasının prezidenti Serj Sarqsyan Avropa Xalq Partiyasının prezidenti Donald Tuska rəsmi məktubla müraciət edib”, - A.Aşotyan bildirib/Report.
Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand ilk dəfə birgə bəyanat qəbul ediblər. Bu, AP rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətlərlə bağlı ilk birgə sənədidir.
Sənəddə Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ arasında yeni yolun çəkilməsi tənqid olunur.
“Ermənistan və işğal altındakı Dağlıq Qarabağ arasında tikintisi keçən il elan edilmiş üçüncü avtomobil yolunun inşasına yaxın vaxtlarda başlanacaq. Bu yeni yol infrastrukturu Dağlıq Qarabağın işğal altındakı Qubadlı və Cəbrayıl rayonlarının ərazilərindən keçərək Qafanla işğal altındakı Xocavənd rayonunun Hadrut qəsəbəsini birləşdirəcək”, - Avropa Parlamentinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, Avropa Parlamenti regional əməkdaşlığa, “Şərq Tərəfdaşlığı” ölkələrinin sakinləri arasında əlaqə və ünsiyyətin qurulmasına yardım edən layihələri dəstəkləsə də, bu yolun inşası barədə qərar Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan - beynəlxalq hüquqa normalarına zidd olaraq qəbul edilib.
“Bundan əlavə, bu, Dağlıq Qarabağ və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq gücləndirə bilər. Buna görə də bu təşəbbüsə görə çox təəssüf edirik, çünki bu, etimad, sülh və barışıq üçün şərait yaratmır”, - bəyanatda deyilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb