Azərbaycan OPEC+ çərçivəsində əlavə 2% azaldılmanı kompensasiya edəcək

img

11-06-2020 [18:49]


Azərbaycan hasilatın azaldılması ilə bağlı OPEC+ sazişi çərçivəsində may ayında üzərinə götürdüyü öhdəliyi 98 faiz səviyyəsində yerinə yetirib. Bu, çox yüksək fəaliyyət göstəricisidir".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qeyd edib.

O bildirib ki, növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2 500 barel azaldılmasını və 2% kompensasiya edilməsi planlaşdırılır.

Nazir bildirib ki, Azərbaycan hər zaman öhdəliklərinə sadiqdir və xüsusisilə OPEC+ bəyanməsi çərçivəsində irəli gələn onu ciddi qəbul edib: “Azərbaycan əvvəl də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və hər zaman ciddi qəbul edib”.

P. Şahbazov qeyd edib ki, Azərbaycan əvvəllərdə öhdəliklər hər zaman artıqlaması iilə yerinə yetirilib: “Bu, tarixi ən böyük hasilatın azaldılması ilə səciyyələnib və OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən azalmça həcmi əvvəllər üzərinə götürdüyü öhdəliklərdən çox idi. Əvvəllər, 2018-ci ilin oktyabr ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən hasilat həcmi 164 min barel idisə, bu ili ay - may, iyun və əlavə olaraq iyul aylarında öhdəliklərini tam yerinə yetirəcək. Azərbaycan OPEC+ sazişindən irəli gələn bütün öhdəliklərini tam yerinə yetirərəcək”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA