ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollara çatıb

img

11-06-2020 [15:04]


ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.

Bu barədə ölkənin Maliyyə Departamenti bildirib.

Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.

Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon dollar, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon dollar artdığı göstərilib.

Xatırladaq ki, mart ayının sonunda Prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon dollardan artıq dəstək tədbirləri barədə qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard dollar həcmində daha bir tədbirlər zərfini təsdiqləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA