Qiyas İbrahimov cərimə olundu

img

10-06-2020 [18:19]


Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsiliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Mia.az “Report”a istinadla xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA