"Yeni elan olunan 7 qrant müsabiqələri ümumilikdə 21 mövzunu əhatə edir" - Mətbuat katibi 

img

08-06-2020 [13:30]


"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu il iyunun 2-də elan etdiyi 7 qrant müsabiqələri ümumilikdə 21 mövzunu əhatə edir.  Bu müsabiqənin mövzularından biri də “QHT fəaliyyətinin təkmilləşdirilməsi və maliyyə mənbələrinin şaxələndirilməsi sahəsində xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin öyrənilməsinə dair təşəbbüslər” adlanır".

Bu barədə Şuranın Mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Mia.az-a bildirib ki, mövzu çərçivəsində qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək və Azərbaycan QHT-lərinin xarici mənbələrdən qrant almaq imkanı araşdırılacaq.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində QHT-lərdən 2-22 iyun 2020-ci il tarixlərində layihə sənədləri qəbul edilir: "Bir layihə üçün maksimum məbləğ 15 min manatdır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA