"Bandotdel"dən əməliyyat: iki nəfər tutuldu

img

05-06-2020 [12:52]


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdən isə 1,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA