Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə etdi

img

04-06-2020 [14:04]


Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə edib.

Bu barədə qonşu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşları ötən gün avtobusla vətənə yola salınıb. Həmin şəxslər arasında yeniyetmələr, ahıllar, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olanlar və səfirliyin müvəqqəti yaşayış yeri ilə təmin etdiyi insanlar olub.

Qeyd olunub ki, vətəndaşların Gürcüstana təxliyəsi səfirliyin dəstəyi və Azərbaycanın müvafiq dövləq qurumları ilə koordinasiya əsasında həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Azərbaycandan 160 vətəndaşının vətənə qaytarılmasını təmin edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR