“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir

img

04-06-2020 [13:33]


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.

Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA