""Fakt Araşdırıcı-N” MMC-nin rəhbəri həbs edildi - Təfərrüat
KRİMİNAL
02.06.2020, 12:54
""Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib:
"Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək - “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında + VİDEO
Bugün, 20:52 CƏMİYYƏT
-
Arzu Bəndəliyeva vəzifədən azad olunub
Bugün, 20:38 CƏMİYYƏT
-
Mərkəzi Bankın baş direktoru da həmin toyda imiş - FOTO
Bugün, 20:24 MƏDƏNİYYƏT
-
264 nömrəli məktəbdəki skandal araşdırılır
Bugün, 19:35 CƏMİYYƏT
-
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
Bugün, 19:22 DÜNYA
-
Afət Fərmanqızı məhkəməyə verildi - Xüsusi ittiham qaydasında
Bugün, 18:54 ŞOU-BİZNES
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 18:17 GÜNDƏM
-
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası: Protokol imzalanıb
Bugün, 18:01 İQTİSADİYYAT
-
Yeni Partiya adını dəyişməkdən imtina etdi - Açıqlama
Bugün, 17:53 SİYASƏT
-
Keçmiş aparat rəhbərinə ölkədən çıxışa məhdudiyyət qoyulub
Bugün, 17:41 SİYASƏT
-
Deputatın qardaşı arvadı vəzifədən çıxarıldı - TƏBİB-də daha bir dəyişiklik
Bugün, 17:14 GÜNDƏM
-
Xırdalanda evdə əl qumbarası partladıldı: 19 yaşlı qız ölüb
Bugün, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Nargin: Saralmış kədər”- Arxiv sənədindən bədii həqiqətə...
Bugün, 16:57 MƏDƏNİYYƏT
-
ABŞ Hərbi Hava Qüvvələri kosmosa raket yerləşdirib
Bugün, 16:43 GÜNDƏM
-
Komitə sədri üç şöbə müdirini vəzifədən azad etdi
Bugün, 16:31 CƏMİYYƏT
-
İstanbulda valyutadəyişmə məntəqəsində silahlı insident: 2 nəfər öldürüldü, 2 yaralı var
Bugün, 16:27 KRİMİNAL
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarını qəbul etdi - Maraqlı dialoq + FOTOLAR (YENİLƏNİB)
Bugün, 16:14 GÜNDƏM
-
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Bugün, 15:56 CƏMİYYƏT
-
Tümer Metin "Fənərbaxça"nın hücumçusunu "göydən yerə vurdu": "O, milli komandanı talan etdi, indi də..."
Bugün, 15:21 İDMAN
-
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Bugün, 15:17 CƏMİYYƏT
-
Ərdoğan: "Dost və qardaş Azərbaycanı..."
Bugün, 15:09 SİYASƏT
-
"Qalatasaray" - "Fənərbaxça" derbisinin tarixi açıqlandı
Bugün, 15:01 İDMAN
-
Azərbaycan və Türkiyə XİN başçıları brifinqdə: "Bölgədə baş verən proseslər hər iki ölkəni narahat edir"
Bugün, 14:44 SİYASƏT
-
Türkiyənin 21 şəhərində kiberdələduzlara qarşı əməliyyat - 76 nəfər həbs edildi
Bugün, 14:37 KRİMİNAL
-
Məkkə, Ciddə və Taif şəhərlərində təhlükə siqnalları aktivləşdirilib - Husilər Səudiyyə Ərəbistanını təhdid edir
Bugün, 14:26 DÜNYA
-
"LeoBank" istifadəçiləri yenidən texniki problemlə üzləşib - "Unibank"ın layihəsi çöküb!
Bugün, 14:20 İQTİSADİYYAT
-
"VTB Bank"a sanksiya qoyuldu - Bankın Azərbaycandakı törəməsini nə gözləyir?
Bugün, 14:15 İQTİSADİYYAT
-
"TuranBank" ASC beynəlxalq mükafata layiq görülüb
Bugün, 14:13 İQTİSADİYYAT
-
Ədliyyə orqanlarına qulluqkeçmə qaydası dəyişir
Bugün, 14:06 CƏMİYYƏT
-
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ QƏRAR DƏYİŞİR - Yeni səlahiyyət verilir
Bugün, 13:57 GÜNDƏM
-
"İndi neft və boğazlarla bağlı güc balansı dəyişib" - Rəsmi Tehran Trampın "danışıqlara hazırıq" mesajını rədd etdi
Bugün, 13:42 GÜNDƏM
-
ABŞ-ın keçmiş prezidentindən süni intellektlə bağlı çağırış: "Onu bir qutuya sala bilmərik, amma..."
Bugün, 13:19 DÜNYA
-
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? + FOTO
Bugün, 13:12 GÜNDƏM