Yeni köməkçi, şöbə müdirləri... - Əli Əsədov onlara vəzifələr verdi + SİYAH

img

01-06-2020 [17:21]


Nazirlər Kabineti Aparatında yeni dəyişikliklər olub.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Bildirilib ki, müvafiq sərəncamlarla Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.

Bununla yanaşı, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin olunub.

Bundan əlavə, Baş Nazirə yeni köməkçi də təyin edilib. 

Məlumata görə, müvafiq sərəncamla Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA