Gürcüstanda koronavirusa yoluxanların sayı 794-ə çatdı

img

01-06-2020 [11:07]


Gürcüstanda son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 794-ə çatıb. Onların 624-ü müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 494, stasionar nəzarətdə isə 301 nəfər saxlanılır. Gürcüstanda xaricdən gətirilən 3 ölkə vətəndaşı da koronavirusdan müalicə olunur./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR