Putin Qələbə paradının tarixi ilə bağlı tapşırıq verdi

img

26-05-2020 [16:37]


İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı iyunun 24-də keçiriləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə keçirdiyi iclasda bildirib.

Putin Rusiyanın paytaxtı Moskva şəhərində və digər şəhərlərdə Qələbə Paradının keçirilməsinə hazırlıqla bağlı öz müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, mayın 9-da keçirilməli olan Qələbə Paradı koronavirus təhlükəsinə görə təxirə salınıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR