Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib

img

24-05-2020 [12:40]


Türkiyədə COVID-19-a yoluxan azərbaycanlı vəfat edib.

Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, virusa yoluxan 52 yaşlı Sadəgül Xudiyeva xüsusi qaydalarla İstanbulun Sariyer rayonunda yerləşən "Kilyos" qəbiristanlığında dəfn edilib.

Ailəsindən verilən məlumata görə, əvvəlcə evdə müalicə alan həmvətənimiz sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. O xəstəxanada vəfat edib.

Ölkəmizin Türkiyədəki səfirliyi faktı təsdiqləyib və ailəyə yardım göstəriləcəyi bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA