"Bakcell" yeni irihəcmli internet paketini təqdim etdi - Açıqlama
22-05-2020 [13:09]
Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə “Bakcell” şirkəti 30 manat dəyəri olan yeni 50 GB internet paketini təqdim edib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.
“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində video yayım xidmətləri, sosial şəbəkələr və digər yüksək keyfiyyətli kontentlə yanaşı ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı üstün müştəri təcrübəsini təmin etmək məqsədilə, təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
50 GB internet paketini “Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar.
Ətraflı məlumat: https://www.bakcell.com/az/50gb-bundle.
“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir.
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)
Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: "ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi..."
Türkiyədə məşhur aktyor və aktrisalar saxlanıldı - SİYAHI
Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Politoloq: "İranda Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər"
Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - VİDEO
Şahin Bağırov polkovniki idarə rəisi təyin edib
"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO
"Nərimanov" metorstansiyasında kişi qatarın altına düşərək ölüb
Prezident futbol komandasına avtobus bağışlayıb - FOTO
Gəncə-Qəbələ-Gəncə qatarının qrafiki və bilet qiymətləri... - CƏDVƏL
"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO
Abşeronda məktəbli dəm qazından zəhərlənib
Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
"Fənərbağça" daha bir futbolçu transfer edir
Neymarın müqavilə müddəti uzadıldı
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Prezident bu qurumlara 6,3 milyon manat ayırdı - SƏRƏNCAM
Xalq artisti Cahangir Novruzov təltif olunub - Sərəncam
Prezident onları təltif edib - SİYAHI
AMEA-nın vəzifəli şəxsləri hakim qarşısına çıxarılır - DETALLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
"Bu, ABŞ-ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər..." - TƏHLİL
Dövlət Agentliyi 279 min manata ofis icarəyə götürüb
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib
Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycanın iki idmançısı cəzalandırılıb - Dopinqə görə
Azərbaycandan Rusiya səfirinə tələb: “Cənab səfir, bizə cavab verin”
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi
Cəbrayılda 40 yaşlı şəxs minaya düşüb
Qazaxda yanacaq daşıyan avtomobil yanıb, ölən var
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər
“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO
"Mən satqın deyiləm, iqtidar..." - Maduronu ABŞ-a satdığı iddia olunan vitse-prezident dilə gəldi
Həbsdə olan həkim azad edilib - Məhkəmə prosesi
Azərbaycan Kubokunun 1/4 finalı: oyunların vaxtı bəlli oldu
Sabah hava necə olacaq? - Proqnoz
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...