AVRO-2020: daha bir ölkə UEFA-ya təminat verdi

AVRO-2020: daha bir ölkə UEFA-ya təminat verdi

İDMAN

21.05.2020, 18:39

Azərbaycandan sonra Rumıniya da AVRO-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Məlumata görə, bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR