Braziliyada son sutkada COVID-19-dan ölənlərin sayı rekord həddə çatdı

img

20-05-2020 [17:21]


Braziliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.

 Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 272 minə çatıb. Bu göstərici ilə Braziliya ABŞ (1,5 milyon pasiyent) və Rusiyadan (309 min pasiyent) sonra 3-cü yerdədir.

Nazirlik bildirib ki, ölkədə son sutkada COVID-19-dan rekord sayda - 1 179 nəfər pasiyent ölüb. Sonuncu dəfə ən yüksək göstərici mayın 12-də - 881 nəfər olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq