Neftə təlabat artır

img

18-05-2020 [16:32]


Çində neftə olan tələbat demək olar ki, Pekinin koronavirusla mübarizə çərçivəsində tətbiq etdiyi məhdudiyyətlərindən əvvəl müşahidə olunan səviyyələrə qayıdıb.

Bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, Çinin real vaxtda neftə olan tələbatının dəqiq həcmini müəyyənləşdirmək çətin məsələdir, lakin ölkədə xammal istehlakını izləyən şirkət rəhbərləri və ticarətçilər onun gündə 13 mln. barel olduğunu bildirir ki, bu da ötən ilin may göstəricisi ilə müqayisədə bir qədər azdır.

Qeyd olunur ki, ötən ilin mayında Çinin neftə olan gündəlik tələbatı 13,4 mln. barel olub, 2019-cu ilin dekabrında bu göstərici 13,7 mln. barel təşkil edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA