"Prezident Aparatında İcra Başçılarına nəzarət edən şöbənin rəhbəri ilə danışandan sonra..." - İcra başçısı
18-05-2020 [15:49]
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sportinfo.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Koronavirus pandemiyasına görə yaranmış vəziyyətə rəğmən, "Qarabağ"ın rəhbərlik və futbolçulardan ibarət geniş heyəti bugünlərdə Ağdama səfər etdi. Öncədən belə bir səfər planlaşdırılırdı, yoxsa sizin üçün də gözlənilməz oldu?
- "Qarabağ"ın "Neftçi" ilə oyununda komandanın rəhbəri Tahir Gözəllə görüşüm olmuşdu. Elə həmin vaxt nəzərdə tutmuşduq ki, Ağdamda "Qarabağ"la görüş keçirək. Amma sonradan koronavirus pandemiyasının ortaya çıxması bu görüşümüzü mümkünsüz etdi. Cənab Prezidentin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə kütləvi tədbirlərə qadağa qoyuldu. Belə olan halda, "Qarabağ" rəhbərliyi burdakı aztəminatlı ailələrə yardım etmək istəklərini bizə bildirdi. Biz də onları qarşıladıq. Bütün karantin qaydalarına əmək etmək şərti ilə 1500 ailəyə yardım gətirmişdilər. Numayəndələr tərəfindən müəyyən olunmuş imkansız ailələrə yerində yardım edildi. "Qarabağ"ın öz nümayəndələri də bura gəlmişdi. Onlar qonaq evində qaldı. Ərzaqların insanlara verilməsində şəxsən iştirak etdilər.
- Bu səfərdə məqsəd aztəminatlı ailələrə yardım etmək olsa da, klub rəhbərliyinin sizinlə görüşü də baş tutdu. Sirr deyilsə, futbolla bağlı nələrdən danışdız?
- Birinci növbədə bunu görüş adlandırmaq olmaz. Sosial məsafə saxlayaraq, müəyyən danışığımız oldu. Hər iki tərəfin ən böyük istəyi ermənilərin işğal altında olan doğma torpaqlarımızdan qovulmasından sonra "Qarabğ"ın Ağdamda yerləşməsidir. Biz bunu cənab Prezidentimizin rəhbərliyi ilə bacaracağıq. Eyni zamanda, koronavirus pandemiyası bitəndən sonra Quzanlıdakı stadionun təmir olunub yaxşı vəziyyətə gətirilməsini və ölkədaxili keçirilən oyunlardan bir neçəsini Ağdamda keçirilməsini müzakirə etdik. Qoy, buradakı insanlar da "Qarabağ"ın onlarla bərabər olmasını canlı görsünlər və bundan ruhlansınlar. Futbol elədir ki, adama ruh yüksəkliyi gətirir. Mən özüm "Qarabağ"ın oyunlarına baxanda, bunu hiss edirəm. Bu gün "Qarabağ" uğurlu nəticələri ilə bütün Azərbaycanı sevindirir. Cənab Prezident hər zaman deyir ki, Qarabağ Azərbaycandır. Biz də istəyirik ki, belə bir uğurlu klubumuz doğma divarlar arasında çıxış etsin. Düzdür, ölkəmizin bütün bölgələri bizlərə doğmadır, amma "Qarabağ" Ağdamı təmsil edirsə, çox istərdik ki, bəzi oyunları Ağdam camaatının qarşısında keçirsin. Biz görüşdə bu istəyimizi klub rəhbərliyinə bildirdik. "Qarabağ" rəhbərliyi də bu istəyimizə müsbət yanaşdı. Onlar da istəyir ki, futbolçular doğma rayonda çıxış etsin.
- "Qarabağ"ın bir neçə oyununu Ağdamda keçirmək istəyinizi bildirdiz. Bunun üçün hazırda bərbad vəziyyətdə olan Quzanlı stadionunun əsaslı təmirə ehtiyacı var. Bunu İcra Hakimiyyəti edəcək, yoxsa "Qarabağ" rəhbərliyi?
- İcra Hakimiyyətinin hansısa stadionu təmir etmək imkanı yoxdur. Çünki bu sahə üzrə İcra Hakimiyyətinə pul ayrılmır. Bu şeylər Gənclər və İdman Naziriliyi tərəfindən nəzərdə tutulur. Amma biz öz işimizi görüb, stadionun təmir olunması ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmalıyıq.
- İcra Hakimiyyəti olaraq, bununla bağlı hansısa addımlar atmısızmı?
- Mən 2018-ci ildə bura yeni gələndə, stadionun təmiri ilə bağlı Gənclər və İdman Naziriliyinə müraciət etmişdim. Düzdür, o zaman müraciətimiz cavabsız qalmışdı. Yəni, məktubumuza heç bir münasibət bildirilməmişdi. İcra Hakimiyyəti olaraq, biz yenidən stadionun təmiri ilə bağlı İdman Nazirliyinə müraciət etmişik. Koronavirus pandemiyası başa çatandan sonra daha fəal formada bu məsələ ilə bağlı öz işimizi görməyə çalışacağıq.
- Futbolla bağlı məsələyə bu qədər can yandırırsız. Bu futbola olan sevginizdən irəli gəlir, yoxsa sırf "Qarabağ"a görə bu işləri görürsünüz?
- Özüm futbol azarkeşiyəm. Orta səviyyəli azarkeş kimi futbollara baxıram. Ancaq hazırda bu işlərə olan sevgim daha çox "Qarabağ" ilə bağlıdır. Çünki istər ölkədaxili yarışlarda, istərsə də ölkə xaricində bizi uğurla təmsil edirlər. Bu səviyyədə marağım birinci növbədə "Qarabağ"a görədir.
- "Qarabağ" uzun müddətdir doğma rayondan və doğma azarkeşlərindən uzaqda - Bakıda ev oyunlarını keçirir. Paytaxtda isə stadionlara azarkeş çox az gəlir. Sizcə, Bakıda yaşayan ağdamlılar niyə komandaya yetəri qədər dəstək vermir?
- Bu gün "Qarabağ"ın oyunlarını Ağdam əhalisi çox yaxından izləyir. Komandanı dəstəkləyən müəyyən azarkeş qrupları var. Məsələn, "İmarət"in adını çəkə bilərəm. Demək olar ki, bütün oyunlarda komandanın yanında olurlar. Futboldan kənar alqışalayiq addımlar da atırlar. 2019-cu ildə Ağdama gəlmişdilər. Əsgərlərimizi ziyarət etdilər. Yerli camaatla görüş keçirildi. Düzdür, "İmarət" fanklubunda Azərbaycanın digər bölgələrindən olan azarkeşlər də var, amma əsas ideya müəllifi kimi Ağdam gəncləri iştirak edirlər.
- "Qarabağ"ın oyunlarına imkan tapıb baxa bilirsizmi?
- Mütləq formada baxıram. Prezident Aparatında İcra Başçılarına nəzarət edən şöbənin rəhbəri ilə danışıb, rayonda çox ciddi iş olmayan vaxtlarda icazə alıb, gedib oyunlarında iştirak edirəm. Oyunlara baxmaq istəyən digər insanlara da tərəfimizdən gedib-gəlməkləri üçün şərait yaradılır.
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib